330x110
 

Cari ildə SOCAR-ın dövlət büdcəsinə ödənişi artıb

31.07.2019,15:55


31 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 741 milyon 326 min manat ödəniş edib.

Xəbər verilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % və ya 19 milyon 705 min manat çoxdur.