“Azərişıq” tenderdə qalib gələn şirkəti açıqladı

31.07.2019,16:33


31 iyul, Fineko/abc.az. “Azərişıq” ASC-dən verilən məlumata görə,  “Azərişıq” tərəfindən mayın 30-da Astara rayonunun Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kilovoltluq xətlərin çəkilişi işlərinin satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender Komissiyası tərəfindən qiymətləndirilib.

Bildirilir ki, Tender Komissiyasının qərarına əsasən, müvafiq lot üzrə “İMA-Energy” MMC şirkəti qalib elan olunub və satınalma müqavilələri bağlanıb.