Azərbaycanda banan istixanaları qurulacaq

07.12.2017,17:50


7 dekabr, Fineko/abc.az. Azərbaycanda banan agaclarının əkilməsi üçün istixanaların tikintisi üzrə layihənin həyata keçirilməsi gözlənilir. Bu yenilik, “Zovg Construct” şirkəti tərəfindən gətirilib.

Şirkətin rəhbəri Araz Mirzəyev  ABC.AZ informasiya agentliyinə bildirib ki, Azərbaycanda banan satışı yüksək səviyyədədir və  bu məhsul yalnız idxal olunur.

“Banan agacları Azərbaycanda da yetişdirilə bilər. Bunun nəticəsində, məhsulu həm daxili, həm də xairici bazara çıxarmaq olar. Bazara çıxarıldığı zaman bu məhsul dərhal satılır. Bundan əlavə, məhsulu Rusiya və Ərəb ölkələrinə də ixrac etmək mümkündür”, - deyə A.Mirzəyev bildirib. 

O qeyd edib ki, digər meyvələrdən fərqli olaraq, banan istixanalarda yalnız torpaqda əkilir. 

“Pomidor və digər tərəvəzlərin yetişdirildiyi istixanalardan fərqli olaraq, bu istixanalarda havalandırma daha əhəmiyyətlidir. Bu istixanaları Türkiyəli mütəxəssislərlə birgə qururuq”, - deyə A.Mirzəyev bildirdi.

Banan agacları üçün nəzərdə tutulmuş 1 hektarlıq istixanaların tikilməsi 350 manata başa gəlir.

A.Mirzəyev bildirib ki, banan istixanalarının tikilməsi ilə bağlı Azərbaycanın isti bölgələrindən müraciətlər daxil olur.

“Səlyan və Şəmkirdən bizə müraciət edrilər. Lakin hər hansı bir sifariş hələ yoxdur”, - A.Mirzəyev belə dedi.

 

Açar sözlər: banan Zovg Construct