330x110
 

Mənfəət və zərərlə işləyən banklar məlum oldu - Siyahı

01.08.2019,10:15


1 avqust, Fineko/abc.az. 31 iyul 2019-cu il tarixinədək Azərbaycanın 30 bankının hamısı 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən, 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 30 bankdan 24-ü xalis mənfəət, 6-sı isə xalis zərərlə işləyib. Sözügedən dövrdə ən çox mənfəət götürən bank Azərbaycan Beynəlxalq Bankıdır. Özəl banklar arasında isə “Kapital Bank”, “Unibank”, “PAŞA Bank”, “Bank of Baku”, “Xalq Bank” və “Bank Respublika” ən çox xalis mənfəəti əldə ediblər. Zərər açıqlayan bankların çoxu ehtiyat yaratdıqlarına görə zərərdədirlər.