İlham Əliyev: Altı ayda qeyri-neft sənayemizin 15,7 % artımı çox sevindirici haldır

11:11 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

Müşavirədə çıxış edən dövlət başçısı bildirib ki, iqtisadiyyatımız bu ilin altı ayında 2,4 %, qeyri-neft sektorumuz 3,2 % artıb. Qeyri-neft sənayesində artım isə 15,7 %-dir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 % artımı, əlbəttə ki, çox sevindirici haldır.

Bütün xəbərlər