İlham Əliyev: Yarım ildə ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub

11:31 - 1.08.2019


1 avqust, Fineko/abc.az. Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 %-dən çox artıb. Qeyri-neft ixracımız 15 % artmışdır. Yarım ildə ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub.

Bu sözləri Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib

Dövlət başçısı qeyd edib ki, bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 %-dir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 % artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.

Bütün xəbərlər