Mikayıl Cabbarov: Vergilər Nazirliyi tərəfindən icmal büdcəsinə 4 milyard 954 milyon manat daxil olub

12:16 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

Müşavirədə çıxış edən Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, cari ilin altı ayında icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib. Bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8 % vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 % məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir.

 

Bütün xəbərlər