Samir Şərifov : Dövlət büdcəsinin gəlirləri 10 milyard 406 milyon manat məbləğində icra edilib

14:09 - 1.08.2019


1 avqust, Fineko/abc.az. 2019-cu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir. Belə ki, dövlət büdcəsinin xərcləri 100,2 % səviyyəsində icra olunub – 10 milyard 951 milyon manat. Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub.

Bu barədə Maliyyə naziri Samir Şərifov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib

“Büdcəni əsas təmin edən orqanlar, yəni Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108% icra olunub. Vergi daxilolmalarının 70%-ni qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcəkdir.” – deyə nazir bildirib.

 

 

Bütün xəbərlər