330x110
 

ABA-da yeni təyinatlar olub

01.08.2019,14:32


1 avqust, Fineko/abc.az. 31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

ABA-dan verilən məlumata görə, iclas zamanı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflər müzakirə olunub.

İclasda ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və “Kredit işi” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd AccessBank-ın Pərakəndə və Biznes müştəriləri üzrə Baş Direktoru Elşən Pirmalıyev Assosiasiyanın Rəyasət Heyətinə təqdim olunaraq müvafiq qruplara sədirliyi təsdiqlənib.