Elman Rüstəmov: Neftin hazırki qiyməti bizim qoyduğumuz proqnozdan çoxdur

15:32 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Neftin hazırkı qiyməti Azərbaycanın daxili proqnozlarından 6 dollar çoxdur.

E.Rüstəmov bildirib ki, neftin qiyməti ilin əvvəlindən 20 %-ə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur. Strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artmışdır və biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik.     49 milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.

 

Bütün xəbərlər