Yarım ildə Səngəçal terminalından 46 mln. kubmetr Şahdəniz qazı ixrac edilib

15:44 - 1.08.2019


1 avqust, Fineko/abc.az. “BP Azerbaijan” şirkətindən verilən məlumata görə, Səngəçal Terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir.

Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Xəbər verilir ki, 6 ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon bareldən çox neft və kondensat, o cümlədən 121 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan vasitəsilə və 13 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.

2019-cu ilin birinci yarım ili ərzində terminaldan həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (təqribən 1 milyard 610 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bütün xəbərlər