Mərkəzi Bankın sədri: Cari ilin altı ayında biznes kreditləri azalıb

16:12 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki,  kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 % artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 %-dən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3 % azalıb.

E. Rüstəmov qeyd edib, istehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 %-ə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər. Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin.

Bütün xəbərlər