Prezident: Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcək

16:56 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcək.

Prezident qeyd edib ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcək.

Bütün xəbərlər