Ağdaşda avtomobil yollarının tikintisinə 18,7 mln. manat ayrılıb

09:53 - 2.08.2019


2 avqust, Fineko/abc.az. Avqustun 1-də Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, on yeddi min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə  18,7 milyon manat vəsait ayrılıb.

 

Bütün xəbərlər