Dövlət Neft Fondunun investisiya portfelinin 63,2 faizini inkişaf etmiş ölkələr təşkil edir

12:25 - 2.08.2019


2 avqust, Fineko/abc.az. 2019-cu il iyunun 30-na Dövlət Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 37,48 %-i Avropa, 32,97 %-i Asiya-Sakit Okean, 19,93 %-i Şimali Amerika, 2,2 %-i Avstraliya-Yeni Zelandiya, 0,71 %-i Yaxın Şərq, 0,07 faizi Cənubi Amerika və 6,64 %-i isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Bu barədə ARDNF-in 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Qeyd edilir ki, hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 63,25 %-i inkişaf etmiş ölkələr, 30,11 %-i inkişaf etməkdə olan ölkələr və 6,64 %-i beynəlxalq maliyyə təşkilatları təşkil edib.

 

Bütün xəbərlər