Palata istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb

14:56 - 2.08.2019


2 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

Palata bunu Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydalarının tələbindən irəli gələrək atdığını qeyd edib.

Beləliklə, bu il iyulun 1-nə Azərbaycanda istehlak kreditlərinin faizləri manatda 20-24 faiz, ABŞ dollarında 6-19 faiz, digər xarici valyutalarda isə 10-15 faiz arasında dəyişir.

fimsa.az

 

 

 

Cədvəl 1. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat

 

 

 

İstehlak kreditinin növü

Sektorun orta faiz dərəcələri (30.06.2019-cu il tarixinə)

Milli valyutada

ABŞ

dollarında

Digər xarici valyutalarda

Kredit kartı vasitəsi ilə verilən kreditlər

23%

11%

15%

Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər

23%

13%

-

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər

22%

14%

-

Avtomobil kreditləri

20%

19%

-

Digər istehlak kreditləri

24%

6%

10%

 

 

Bütün xəbərlər