“Bu il də sığorta bazarında artım görməmə ehtimalımız var” - Ekspert

05.08.2019,10:57


5 avqust, Fineko/abc.az. Sığorta sektorunda birinci rüblə müqayisədə bazarda nisbətən dinamika artıb.

Bunu bir müddət əvvəl açıqlanmış 2019-cu ilin birinci rübünün sığorta sektorunun göstəricilərinə münasibət bildirən sığorta üzrə ekspert Xəyal Məmmədxanlı deyib.

O, qeyd edib ki, bu ilin birinci rübü ötən illə müqayisədə sığorta bazarı 30 faizə yaxın azalmışdısa, yarım illik nəticələrdə fərq bir az azaldı: “Yəni ilin sonuna sığorta bazarında artım görməmə ehtimalımız var, ötən ilkinə yaxın nəticə olacaq. Azalma əsasən həyatın yaşam sığortasının və əmlak sığortasının payına düşür. Digər sığorta növlərində vəziyyət stabildir”.