330x110
 

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb

05.08.2019,11:47


 5 avqust, Fineko/abc.az. Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin keçirilməsinə dəstək göstərib. 

“Nəsimi ili”nə həsr olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını  tanıtmaqdır. İyulun 23-dən 29-dək davam edən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın  şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edib.

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi və digər şirkət və təşkilatların tərəfdaşlığı ilə həyata keçirilib. 

Bakcell şirkəti ənənəvi olaraq layihə ərzində iki min kilometrdən çox məsafə qət etmiş “təhsil avtobusu”nda yüksək sürətli internet bağlantısını da təmin edilib. 

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Xatırladaq ki, ilin əvvəlində Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar kəndlərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir. 

 

Açar sözlər: Bakcell