330x110
 

55 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

05.08.2019,12:09


5 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərrac sentyabrın 3-də keçiriləcək.

Komitədən verilən məlumata görə, hərraca 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy kimi şəhər və rayonlarda yerləşir.

Qeyd olunur ki, sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis”, “Qax Taxıl” kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər.