Manatla olan əmanətlər artıb

14:19 - 5.08.2019


5 avqust, Fineko/abc.az. 2019-cu ilin iyun ayında fiziki şəxslərin banklardakı əmanətləri 113,4 milyon manat artaraq 8 milyard 736,2 milyon manata çatıb.

Bu rəqəmlər Mərkəzi Bankın statistikasında qeyd olunub.

Belə ki, may ayının sonu ilə müqayisədə iyunda milli valyutadakı əmanətlər 128,5 milyon manat artıb, xarici valyutadakı əmanətlər isə 15,1 milyon manat azalıb.

 

 

Bütün xəbərlər