Dollarlaşma azalıb

14:28 - 5.08.2019


5 avqust, Fineko/abc.az. İyunun sonunda fiziki şəxslərin əmanətlərinin 43,5%-i milli valyutada, 56,5%-i xarici valyutada olub.

Bu barədə məlumat Mərkəzi Bankın açıqladığı statistik hesabatda qeyd olunub.

Hesabata əsasən mayın sonunda fiziki şəxslərin cəmi əmanətlərinin 42,6%-i milli valyutada, 57,4%-i xarici valyutada idi.

Qeyd edək ki, devalvasiyalardan sonra əmanətlərdə dollarlaşma 80%-i aşmışdı.

 

Bütün xəbərlər