AzerGold qızıl və gümüş istehsalında rekorda nail olub

16:22 - 5.08.2019


5 avqust, Fineko/abc.az. “AzerGold” QSC cari ilin iyul ayında “AzerGold” QSC 2019-cu il üçün rekord həcmdə qızıl istehsal edib.

Bu barədə “AzerGold” QSC məlumat verib.

Qeyd edilir ki, hesabat dövründə 5495 unsiya qızıl istehsal edilib ki, bu da nəzərdə tutulan planı 23 % , gümüş istehsalı isə 10 min 995 unsiya təşkil edərək, nəzərdə tutulan planı 41 %, həmçinin filiz xırdalanması nəzərdə tutulan planı 31 % üstələyərək 130 min 810 ton təşkil edib ki, bu da Cəmiyyətin bütün fəaliyyəti dövründə rekord göstəricidir.

Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, “AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir.

Belə ki, iyul ayında 7285 metr geoloji buruq qazma işləri görülüb, ilin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır. Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

 

Bütün xəbərlər