Meqa Sığorta nizamnamə kapitalını artırır

16:49 - 5.08.2019


5 avqust, Fineko/abc.az. İyunun 11-də  “Meqa Sığorta”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirirlib. İclasda kapital artımı ilə bağlı qərar qəbul edilib.

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bununla əlaqədar, dövriyyəyə hər birinin nominal dəyəri 5 min manat olan 1 700 yeni səhm buraxılacaq. Qiymətli kağızları şirkətin mövcüd səhmdarları, paylarına uyğun şəkildə əldə edəcəklər. Yəni, səhmdarların pay bölgüsü dəyişməyəcək.

Yerləşdirmədən sonra, “Meqa Sığorta” ASC nizamnamə kapitalı 8,5 milyon manat (58,6%) artaraq, 14,5 milyon manatdan 23 milyon manata çatacaq.

 

Bütün xəbərlər