AzInTelecom dövlət orqanlarına “Microsoft” lisenziyalarını paylamağa başlayıb

17:09 - 5.08.2019


5 avqust, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir.

“AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə  fəaliyyət göstərir.

Nazirlikdən verilən məlumata görə, qısa müddət ərzində 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” tam ödənişsiz olaraq təqdim olunub və avqust ayının sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır.

Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq.

 

Bütün xəbərlər