Altı ayda ixracatçılara 5 milyon manatdan çox ixrac təşviqi ödənilib

06.08.2019,12:03


6 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun aylarında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Azərtaca-a məxsusi müsahibəsində deyib.

“Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb”, - deyə nazir diqqətə çatdırıb.