Artıq qurbanlıq heyvanları əvvəlcədən onlayn sifariş etmək olar

12:42 - 6.08.2019


6 avqust, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti “Kənddən Şəhərə” layihəsi çərçivəsində yeniliyə imza atıb.

Belə ki, vətəndaşlar Qurban bayramı ərəfəsində qurbanlıq heyvanları “Kənddən Şəhərə”nin saytına daxil olaraq əvvəlcədən sifariş verə bilərlər.

Qeyd olunur ki, hər bir vətəndaş “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində onlayn şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır.

Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq, telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

 

Bütün xəbərlər