Bu il neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb

17:03 - 6.08.2019


6 avqust, Fineko/abc.az. Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb.

Bu barədə Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-iyun ayları üçün açıqladığı hesabatda qeyd olunur.

 Bildirilir ki, 2019-cu ilin birinci yarımilliyində neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3 % icra olunsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 % azalıb və 1.087,5 milyon manat təşkil edib.

Qeyd edilir ki, bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.

 

Bütün xəbərlər