Aİ Azərbaycanla aviasiya sazişinin imzalanacağını düşünür

12:42 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ)  2018-ci ilin yanvar ayının ikinci yarısında Azərbaycanla aviasiya sazişinin imzalanacağına ümid edir.

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas  deyib ki, sazişin maddələrinin 99 faizi artıq razılaşdırılıb.

“Demək olar ki, mətn üzərində iş, bəzi hissələr istisna olmaqla, 99% yekunlaşıb. Qalan hissələr üzərində intensiv  iş gedir”, - deyə Kestutis Yankauskas  bildirib.

 

Bütün xəbərlər