Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 2 mlrd. manatdan çox olub

11:23 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 % və ya 319 milyon manat artaraq 2 milyard 545 milyon manat təşkil edib.

Bu barədə Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-iyun ayları üçün açıqladığı hesabatda qeyd olunur.

Bildirilir ki, qeyri-neft-qaz sektoru üzrə proqnoz 112 % icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb.

Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70 %-ə yüksəlib. Həmçinin qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16 % artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 %-ə çatıb.

 

Bütün xəbərlər