Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergisi üzrə artım qeydə alınıb

11:36 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb.

Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.

Qeyd edilir ki, ƏDV daxilolmalarında artım 18 %, mənfəət vergisi üzrə 30 %, əmlak vergisi üzrə 18 %, mədən vergisi üzrə 16,2 %, aksizlər üzrə 4,8 dəfə təşkil edib.

Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 32,8 %-ə, mənfəət vergisi üzrə 27,9 %-ə, aksizlər üzrə 2,0 %-ə, əmlak vergisi üzrə 2,3 %-ə qalxıb.

 

 

Bütün xəbərlər