330x110
 

Cari ildə vergi daxilolmalarında ən yüksək artım tempi rabitə sahəsində qeydə alınıb

07.08.2019,12:14


7 avqust, Fineko/abc.az. Cari ilin 6 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib.

Bu barədə Vergilər Nazirliyinin hesabatında qeyd edilir.

Bildirilir ki, daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48 %), bank və sığorta sektorunda (45 %), nəqliyyat sahəsində (23 %), xidmət sektorunda (21 %), tikinti sahəsində (7,7%), digər fəaliyyət sahələrində (19,8 %) qeydə alınıb.

2019-cu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 12,6 % artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10 %-ə yüksəlib.