Bu il sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. manatdan çox olub

12:25 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Vergilər Nazirliyinin cari ilin 6 ayına olan hesabatına əsasən, sosial sığorta haqları üzrə daxilolmalar 16,3 % artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra edilib.

Bildirilir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 % artıb, proqnoz 116 % icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47 % artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60 % artıb, proqnoz 121 % icra edilib.

Qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu toplam 365 milyon manat artırılıb.

Qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində  ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi nəzərdə tutulur.

 

Bütün xəbərlər