Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 mln. manatadək artacaq

16:03 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi, bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.

Vergilər Nazirliyindən verilən məlumata görə, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.

Qeyd edilir ki, ilin sonunadək həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır.

 

Bütün xəbərlər