Qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi artıb

16:37 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Vergilər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əmək haqqı kartlarının sahiblərinin sayı 18 %-dən çox artıb.

Nəticədə, cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8 %, o cümlədən cari ildə minimum əmək haqqının artırılmasının təsirləri də çıxılmaqla 21,4 % artıb.

Bu, ümumi əmək haqqı fondunun əhalinin pul gəlirlərinə nisbətdə 2,5 % yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib.

 

Bütün xəbərlər