Cari ildə alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 % artıb

16:58 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində cari ilin yanvar-iyun aylarında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 % artıb.

Bu barərdə Vergilər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki,  tütün məmulatlarının istehsalçıları üzrə dövriyyədə də 8,6 dəfə artım olub.

Bu sahələrdə elektron qaimə- fakturalar ilə rəsmiləşən dövriyyələrdə isə müvafiq olaraq 92,7 % və 10,8 dəfə artım müşahidə olunub.

 

 

Bütün xəbərlər