AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:19 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 7 avqust  tarixində AMB 50101576S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi              

200 milyon AZN təşkil etmişdir.  

Notların ödəmə tarixi: 4 sentyabr 2019-cu il.

 

Bütün xəbərlər