Altı ayda özəl sektorda 77 mindən çox yeni əmək müqaviləsi bağlanılıb

17:21 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Vergilər Nazirliyinin məlumatına əsasən, cari ildən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.

Belə ki, güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 %-ni təşkil edir.

Cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub.

 

 

Bütün xəbərlər