İlin əvvəlindən neftin qiyməti minimuma enib, Azeri Light 5,63% ucuzlaşıb

10:24 - 8.08.2019


8 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti 3,51 dollar (5,63%) düşüb və bir barelə 58,81 dollar təşkil edib.

Cümə axşamı günü keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri, yanvar ayından etibarən ötən gün minimal qiymətə düşəndən sonra  yüksəlməyə başlayır. 

Avqustun 7-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $2,71 (4,6%) düşərək bir barelə $56,23 təşkil etmişdir. Cümə axşamı günü “Brent”in  qiyməti saat 9:20-də  $1,70 (3,02%) yüksələrək $57,92 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 7-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $2,54 (4,74%) düşərək bir barelə $51,09 təşkil etmişdir.  Onun qiyməti cümə axşamı günü saat 9:20-də $1,64 (3,21%) artıb və $52,73 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər