AZPROMO iş adamlarını sərgidə iştiraka dəvət edir

14:45 - 8.08.2019


8 avqust, Fineko/abc.az. 2019-cu ilin oktyabrın 3-dən 7-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində “World Peace Products and Service Expo” halal məhsullar və xidmətlər sərgisi keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verir.

AZPROMO azərbaycanda fəaliyyət göstərən şirkətləri və iş adamlarını sərgidə iştirak etməyə dəvət edir.

 

Bütün xəbərlər