ARDNF bugünədək “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 143,3 mlrd. dollar gəlir əldə edib

15:44 - 8.08.2019


8 avqust, Fineko/abc.az. Dövlət Neft Fondundan verilən məlumata əsasən, 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 143 milyard 366 milyon ABŞ dolları gəlir əldə edib.

Məlumatda qeyd edilir ki, cari ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 160 milyon dollar vəsait daxil olub.

Həmçinin, bu ilin yeddi ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. 2007-ci ildən bu vaxtadək isə bu rəqəm 2 milyard 703 milyon dollar olub.

 

Bütün xəbərlər