330x110
 

Bu il muzdla çalışan işçilərin sayı 1 milyon 613,7 min nəfər olub

08.08.2019,17:21


8 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin iyulun 1-nə olan   məlumatına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 1 milyon 613,7 min nəfər olub.

Bildirilir ki, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.