Azərkosmos tender keçirir

09.08.2019,11:39


9 avqust, Fineko/abc.az. “Azərkosmos” ASC-dən verilən məlumta görə, şirkət nizamnamə kapitalının artırılması məqsədilə anderraytinq xidmətləri təklif edən şirkət axtarır. Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.

Qeyd olunur ki, sorğuda iştirak arzusunda olan şirkətlər avqustun 14-də saat 18:00-dək xidmətlərinin dəyəri üzrə təkliflərini təqdim etməlidir. Tender proseduru avqustun 15-də baş tutacaq.

Xatırladaq ki, 2018-ci il ərzində “Azərkosmos”un maliyyə hesabatına əsasən, 2019-cu il yanvarın əvvəlinə ASC-nin nizamnamə kapitalı 63 milyon 610,6 min manat təşkil edib.