AccessBank-ın əmanət portfelinin artması ənənəvi hal alıb

15:21 - 9.08.2019


9 avqust, Fineko/abc.az. Artıq uzun müddətdir AccessBank-ın əmanət portfelinin artması ənənəvi hal alıb.

Bunu AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, əmanət portfelinin artımı müştərilərin banka olan inamını göstərir: “Yeri gəlmişkən, bu yaxınlarda komandamız tərəfindən əmanət məhsulu ilə bağlı kompleks sorğu aparıldı. Sorğunun nəticəsi bizi çox sevindirdi, belə ki əksər respondentlər əmanət yerləşdirərkən ilk öncə AccessBank haqqında düşünürlər. Maraqlıdır ki, sorğumuzda iştirak edənlərin əksəriyyəti bankımızın müştərisi deyil. Respondentlərin çoxu bildirib ki, əmanət yatırarkən onlar üçün bankın dayanıqlılığı, nüfuzlu təsisçilərin olması, şəffaf fəaliyyəti və xidmət keyfiyyəti əsas meyarlardır.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, bunların hər biri AccessBank-da var və bu səbəbdən minlərlə əmanətçi bizi seçir. Bankın mövqeləşdirilməsi üzrə apardığımız strategiyanın planlaşdırdığımız kimi qəbul olunmasını görmək komanda olaraq bizə çox xoşdur”.

Bütün xəbərlər