330x110
 

Avqustun 14-də AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

09.08.2019,15:42


9 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan verilən məlumata əsasən, 14 avqust tarixində 50101676S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 200 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.