Cari ildə ərzaq məhsulları bahalaşıb

16:05 - 9.08.2019


9 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 % bahalaşıb.

 Qeyd edilir ki, bu ilin iyulunda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 %, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 % bahalaşıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.

 

Bütün xəbərlər