Azərbaycanda sığorta agentləri və sığorta şirkətlərinin rəhbərlərinin attestasiyası keçiriləcək

15:08 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.

MBNP-nın məlumatında deyildiyi kimi, attestasiya dekabrın 11-dən 15-nə qədər keçiriləcək.

Palatadan verilən məlumatda deyilir: “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydaları ilə tənzimlənən attestasiyada 9  nəfər rəhbər şəxsin və 23 nəfər sığorta agentinin iştirakı planlaşdırılır”.

 

Bütün xəbərlər