PAŞA Bank investisiya portfelinin genişləndirilməsi üzrə tədbirlər görəcək

11:55 - 4.10.2017


Azərbaycanın korporativ bankı olan PAŞA Bank investisiya portfelinin genişləndirilməsi üzrə tədbirlər görəcək.

Bankın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva mətbuat konfransında  bildirdi ki, yerli bazarda məhdudlaşdırılmış investisiya alətləri istifadə olunur.

O, qeyd edib: “Bununla bağlı, yerli investisiyadan başqa, PAŞA Bank, həmçinin növbəti üç ilə strateji inkişaf planında nəzərdə tutulmuş investisiya portfelinin diversifikasiyası çərçivəsində, o cümlədən, avrobondların yerləşdirilməsi şəklində, xarici investisiyanı genişləndirəcək”.

Bütün xəbərlər