Bank olmayan kredit təşkilatının cəmi gəlirləri və xərcləri artıb

09:57 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Yeganə dövlət bank olmayan kredit təşkilatı “Aqrarkredit” QSC 2018-ci ili 212 min manat xalis mənfəət ilə başa vurub.

Bu barədə təşkilatın açıqladığı illik hesabatda məlumat verilir.

Hesabata əsasən bu, 2017-ci illə müqayisədə 36,1% azdır. Belə ki, QSC 2017-ci ili 331 min manat xalis mənfəətlə bağlamışdı.

Ötən il “Aqrarkredit”in cəmi gəlirləri 22 milyon 452 min manat cəmi xərcləri isə 22 milyon 240 manat təşkil edib. Nəticədə 212 min manat xalis mənfəət qalıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Aqrarkredit”in cəmi gəlirləri 13 milyon 26 min manat cəmi xərcləri isə 12 milyon 695 min manat təşkil etmişdi. İllik müqayisədə “Aqrarkredit”in cəmi gəlirlərinin artması faiz və digər gəlirlərinin artması ilə bağlıdır.

 

Bütün xəbərlər