Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır

14.08.2019,10:56


14 avqust, Fineko/abc.az. Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq hava dəhlizi vasitəsilə Türkiyədə yerləşən hava limanları ilə Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. Uçuşların avqustun 15-dən etibarən başlaması planlaşdırılır.

Bunu Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin deyib.

O bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb.

Hazırda bu reyslərin həyata keçirilməsi üçün İran və Ermənistanın hava sahələrindən istifadə olunduğunu qeyd edən Hüseyin Keskin, bildirilib ki, yeni dəhlizin istifadəsi həm vaxt, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.