330x110
 

AMB depozit hərracında 100 milyon manat cəlb etdi

14.08.2019,12:40


14 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 14 avqust tarixində hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  682,2  milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Vəsaitlər 12 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.